Sumqayıtda “Bizlər gələcəyin aynasıyıq” adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Sumqayıt24 bu barədə 27 oktyabr tarixində xəbər verir.
“Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbir N. Nərimanov adına Mədəniyyət Mərkəzinin ”28 May” Diyarşünaslıq evində baş tutub. Kompozisiyada İsi Məlikzadə və Orxan Fikrətoğlunun hekayələri əsasında səhnələşdirilən “Atalıq borcu” adlı dram əsəri “Tənqid-Təbliğ” Xalq Teatrının həvəskar aktyorları və mərkəzin istedadlı tələbələri tərəfindən nümayiş olunub. Ədəbi-bədii kompozisiyada İsi Məlikzadənin ssenarisi əsasında hazırlanan “Pəncərə” filmindən səhnələr nümayiş etdirilib.