Sumqayıtda 4 saylı yataqxanada yanğın qeydə alınıb. Sumqayıt24 bu barədə 18 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Şəhərin 29-cu məhəlləsində yerləşən binanın birinci mərtəbəsinin dəhlizində olan dolab alışıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları tərəfindən yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində dolabda olan əşyalar yanıb.
Tüstünün təsirindən zəhərlənən 81 yaşlı qadına təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib. Hadisənin elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.