Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq keçirib. Sumqayıt24 bu haqda 22 dekabr tarixində AQTA-ya istinadən xəbər verir.
Nəticədə Sumqayıtda fəaliyyət göstərən "Zeytun" aptekində (1-ci mkr.) qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb.
Həmçinin Saray qəsəbəsində yerləşən "Megastore" marketində də qanun pozuntuları tapılıb. Onlar Azərbaycan dilində markalanması olmayan məhsulların satışı və ev şəraitində hazırlanan məhsulların satışının həyata keçirilməsi ilə bağlıdır.
Faktlarla bağlı qanuna uyğun tədbirlər görülüb.