Sumqayıt Regional Vəkil Bürosunun vəkili 3 maddə ilə təqsirləndirilən şəxsə bəraət qazanmaqda köməklik göstərib. Sumqayıt24 bu haqda 28 iyul tarixində büronun Facebook səhifəsinə istinadən xəbər verir.
Belə ki, Əkbər Məmmədov Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilirdi. Vəkil Günay Cəfərova isə ona dövlət hesabına hüquqi yardım göstərirdi. Nəhayət, 1 ildən artıq davam edən prosesin sonunda Məmmədov barəsində Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü çıxarılıb.