Saray qəsəbəsində 3 nəfər dəm qazından zəhərlənib. Sumqayıt24 bu haqda bu gün, 11 mart tarixində Report-a isitnadən xəbər verir.
Hadisələr qəsəbənin müxtəlif ərazilərində baş verib. Zərərçəkən 17 yaşlı Məcnun Qulamzadə, həmçinin 39 yaşlı Hənifə Bəbirova və onun övladı 4 yaşlı Zəhra Məmmədli yaşadıqları evlərdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Təfərrüatlar araşdırılır.