Sumqayıt şəhəri Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdi “Frans Listin” beynəlxalq fortepiano müsabiqəsində yüksək yer tutub. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən yazır.
Belə ki, sözügedən məktəbin 1-ci sinif şagirdi Zəhra Qənbərli İspaniyada onlayn formatda keçirilən müsabiqədə 3-cü yerə layiq görülüb və sertifikatla təltif edilib.
Kiçik fortepianoçumuzu müəllimi Simnarə Şərifova hazırlayıb.