Sumqayıtda yerləşən tibb müəssisəsi maaarifləndirmə tədbiri təşkil edib. Bu haqda Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Elmi seminar 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən keçirilib. Mərkəzin pediatrları Günay Allahverdiyeva və Səbinə Abbasquluzadə müvafiq olaraq "Körpə ilə əlaqəli verilən suallar" və "Boy geriliyi" mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda körpələrlə davranış, qulluq qaydalarından boy geriliyini yaradan səbəblərdən və müalicə üsullarından bəhs edilib.
Sonda həkimləri maraqlandıran suallar cavablandırılıb.