Sumqayıtda birmərtəbəli evdə yanğın olub. Sumqayıt24 bu haqda 7 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nəticədə ümumi sahəsi 100 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları, içərisindəki əşyalar və dam örtüyü 20 kv.m sahədə yanıb.
Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri alovun qarşısını alıb. Evin qalan hissəsi mühafizə olunub.