Sumqayıtda kişi itkin düşüb. Sumqayıt24 bu haqda 13 yanvar tarixində Lent.az-a istinadən xəbər verir.
Məlumata görə, 4-cü mikrorayonda yaşayan 30 yaşlı Şükür Şükürov evdən gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Axtarış tədbirləri aparılır.