16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmin hadisədən sonra bütün azərbaycanlılar bu günü bayram kimi qeyd edir.
31 dekabr 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (keçmiş SSRİ – İran sərhədinin) uzun zaman bir-birini görməyən Azərbaycan milləti birləşir.
Həmin zaman onlar birləşmək üçün Arazın hər iki sahilindəki sərhədə yürüş edərək Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxmışdırlar. Çayın hər iki sahilində yaşayan millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək niyyətində olması azərbaycanlıların bir millət olduğunu sübut edir.