top
33 ildir şəhid Qəhrəman olaraq tanınan sumqayıtlı itkin-şəhid
30 oktyabr 2025, 17:57
- ↺ +

33 ildir şəhid Qəhrəman olaraq tanınan sumqayıtlı itkin-şəhid

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşərək bir neçə gün əvvəl dəfn olunan şəhidlərimizdən biri də sumqayıtlı Lətif Şahhüseynovdur.

AZƏRTAC-ın məlumatına görə, bu şəhidimizi 33 il əvvəl Zaqatalanın Dağlı kəndində başqa adla - Məhərrəmov Qəhrəman Ramazan oğlu kimi dəfn ediblər.

Məhərrəmovlar ailəsi bütün bu illər ərzində həmin məzarı öz şəhidləri kimi ziyarət edib, hər əziz gündə dua ediblər. Amma daxilən şübhələri də olub. Nəhayət, illər sonra aidiyyəti qurumlara müraciət olunub və DNT analizi nəticəsində dəfn edilən şəxsin itkin şəhid Lətif Şahhüseynov olduğu təsdiqlənib.

"Bütün bu həqiqət oğlum Şahinin israrlı xahişləri sayəsində üzə çıxdı. Biz Qəhrəmanla 1991-ci ilin sentyabrında ailə qurduq. Toydan bir neçə ay sonra o, vətəni qorumağa getdi. Kənddən 9 nəfər döyüşə yola düşmüşdü, hamısı qayıtdı, Qəhrəmandan başqa. Oğlum Şahin o şəhid olandan sonra dünyaya gəldi. İndi iki nəvəm var, onlardan biri itkin babasının adını daşıyır", - deyə şəhid Qəhrəman Məhərrəmovun həyat yoldaşı Xanım Məhərrəmova bildirib.

Onun sözlərinə görə, xəbər gəlməyəndə Qəhrəmanın atası Ramazan kişi aylarla Füzuli istiqamətində oğlunu axtarıb, hər qapını döyüb. Lakin heç bir məlumat tapılmayıb:

"Qayınatam deyirdi ki, ana dərddən ölər deyə qorxub meyitlərdən birinə sahib çıxıb, bənzəyənini gətirib dəfn ediblər. Elə tabutda saxlanıldığı üçün üzünü də görmədik".

O, illər boyu məzarın həqiqətən kimə məxsus olmasına dair qayınatasının şübhələrini də unutmayıb: "Hər dəfə qəbir üstünə gələndə pıçıldayırdım: "Bu, sənsənmi, yoxsa başqası?"

Şəhidin oğlu Şahin də qəbir üstündə duyğularını gizlədə bilmir: "Atamın dəfnindən bir həftə sonra dünyaya gəlmişəm. Atasızlıq çətindir. Amma şəhid övladı olmaq qürurdur".

Şahin illər sonra ailə üzvlərindən, xüsusən Rusiyada yaşayan əmilərindən DNT testinə razılıq almağa nail olur. Nəticələrdən sonra məlum olur ki, Məhərrəmovlar ailəsinin 33 il ziyarət etdiyi məzar başqa bir şəhid - Lətif Şahhüseynova məxsusdur:

"Bunu biləndə sanki ikinci dəfə atasız qaldım. Amma ən azı şübhələr bitdi. Başqa bir ailənin sevincinə də şərik olduq. Demək ki, biz də öz gerçəyimizə bir addım yaxınlaşdıq".

Ailə nə qədər ağır olsa da, qərarın onlara yüngüllük gətirdiyini deyib və Şahhüseynovlar ailəsini təbrik edib.
Məhərrəmovlar ailəsi inanır ki, itkin düşmüş bütün igidlərimizin taleyi aydınlaşacaq: "Ali Baş Komandan İlham Əliyev düşmənə qalib gəldiyi kimi, inşallah, itkin şəhidlərimizin də hamısının nəşi tapılacaq və ailələrinə qovuşacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər