Sumqayıt sakinləri 33 nömrəli marşrutun hərəkət intervalından narazıdırlar. Bu barədə 17 dekabr tarixində Sumqayt24 xəbər verir.
Məlumata görə, xəttə yetəri qədər avtobus buraxılmır. Bu səbəbdən hər gün saat 07:00-10:00, 12:00-14:00 və 17:00-19:00 aralığında sərnişin sıxlığı yaranır.
“33 nömrə çox yaxşı marşrutdur. Sürücüləri yaxşıdır. Qışda istilik, yayda isə kondisioner hər zaman qoşulu qalır. Lakin pik vaxtı cox narahat oluruq. Həmin saatlar üçün avtobusların sayı artırılarsa problem öz həllini tapar”, - deyə onlar əlavə ediblər.
Qeyd edək ki, şəhərdaxili digər marşrut xəttlərində də eyni problem yaşanır. [modula id="28962"]