Sumqayıtda binaların qəzalı vəziyyətdə olması sakinləri narahat edir. Sumqayıt24 bu barədə 25 noyabr tarixində xəbər verir.
Söhbət Tuğ-zavod qəsəbəsində yerləşən 3 qəzalı binadan gedir. 1926-cı ildə inşa edilən bu binalarda 36 ailə yaşayır.
“Qorxu içində yaşayırıq. Hər an başımıza nəsə düşə bilər. Tavanlar çökmüş vəziyyətdə, pilləkənlər isə uçuq haldadır”, - deyə sakinlər bildiriblər.
ATV News-un FHN-ə müraciətinə qurumdan cavab olaraq bildirilib ki, binaya baxış keçirilərək lazımi tədbirlər görülüb. Fiziki köhnəlməyə məruz qalmış binada hər hansı təmir-bərpa işlərinin aparılması bilavasitə nazirliyin səlahiyyətlərinə daxil deyil.
İH-dən isə məlumat verilib ki, tikililər qəzalı binalar siyahısına daxil edilib. Lakin hansısa tədbirlərin görülməsi üçün müvafiq qərarların verilməsi gözlənilir.
[modula id="27620"]