Sumqayıt şəhərinin 3-cü mikrorayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 16 mart tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. 39 yaşlı Elməddin Əsədov münaqişə zəminində tanışı 45 yaşlı Seymur Həsənova bıçaqla xəsarət yetirib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.