Novxanıda törətdiyi qəza nəticəsində 4 nəfərin ölümünə səbəb olan iş adamının cəzası azaldılıb. Sumqayıt24 bu barədə 16 avqust tarixində Baku TV-yə istinadən xəbər verir.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Onun cəzası 8 ilə endirilib.
Daha öncə E. Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda məlumat vermişdik.