4 nömrəli marşrut xətti sərnişin tələbatını ödəmir.
Bunu Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər. Onların sözlərinə görə, Sumqayıt şəhərindən Corat və Novxanı bağları istiqamətində fəaliyyət göstərən avtobuslar son vaxtlar gec-gec işləyir.
“Ərazidə cəmi bir marşrut xətti üzrə avtobuslar fəaliyyət göstərir. O da gec-gec işlədiyindən ciddi çətinliklərlə üzləşirik.
4 nömrəli marşrut avtobusları ilə Sumqayıt şəhərinin mərkəzinə getmək müşkülə çevrilb. Buna görə taksidən istifadə etmək məcburiyyətində qalırıq. Bu isə cibimizə ciddi ziyan deməkdir”.