Sumqayıtda qəsəbələrdən birində kommunal qəza baş verib.
Bu barədə Sumqayit24.az-a yerli sakinlər məlumat veriblər.
Qeyd olunub ki, Hacı Zeynalabdin qəsəbəsinin Kərim Kərimov küçəsində, sakinlər arasında hərbi şəhərcik kimi tanınan ərazidə kanalizasiya borusunda nasazlıq yaranıb və çirkab sular əraziyə yayılıb.
Sakinlərin sözlərinə görə, qəza nəticəsində həyəti su basıb, ətrafı isə üfunət bürüyüb.
Bundan əlavə, vətəndaşlar ərazidə müəyyən işlər aparıldığını, lakin aylardır yarımçıq qaldığını iddia ediblər.
Sakinlər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.