Sumqayıtda şüşə zavodunun yataqxanası təmirsiz vəziyyətdədir. Bu barədə Sumqayıt24 9 avqust tarixində xəbər verir.
“Ximstroy” yaşayış massivində yerləşən 3 mərtəbəli yataqxana binasının üzlüyü bir çox hissədə qopub. Tikilinin əksər pəncərələri sınıb. Binanın eyvanları qəzalı vəziyyətdədir. Yataqxananın daxilində şəraitsizlik hökm sürür. Burada 40-a yaxın ailə yaşayır.
“Qabaqdan qış gəlir, sonuncu mərtəbədə yaşayan hər kəsin evini su basır. Bir dəfə 3-cü mərtəbənin eyvanı uçmuşdur. Çimməyə yer yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, lakin nəticə yoxdur”, - deyə sakinlər bildiriblər.