Sumqayıt şəhərinin 40-cı məhəlləsində yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, hadisə Bakı küçəsi 199 ünvanında qeydə alınıb. Hazırda əraziyə 2 təcili tibbi yardım və 3 ədəd FHN-nın yanğınsöndürən maşınları cəlb edilib. Alovun qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.