Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 4 dekabr tarixində xəbər verir.
Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən 5 dekabr – Könüllülər Günü ilə əlaqədar 40-ci məhəllədə yerləşən park ərazisində baş tutub. Aksiyada şəhər bölməsinin əməkdaşları, könüllüləri və Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər.