Sumqayıt məktəbliləri bilik yarışında iştirak ediblər. Bu barədə 12 avqust tarixində 41 nömrəli tam orta məktəbə istinadən xəbər veririk.
Yarış Gənclər evində təşkil olunan yay məktəbi çərçivəsində baş tutub. Adıçəkilən təhsil ocağının şagirdləri intellektual yarışda öz biliklərini sınayıblar.
Bu cür yarışın keçirilməsində məqsəd gənclərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılmasını, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtının səmərəli təşkil edilməsindən ibarətdir.
Yay məktəbi avqustun 31-dək davam edəcək.