Sumqayıtda maarifləndirici tədbir keçirilib. Bu haqda 14 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən 43 saylı məktəbdə maarifləndirmə aparılıb. İştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları izah olunub. Fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, yanğınların başvermə səbəblərindən söz açılıb.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.