Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Report.az-ın məlumatına görə, hadisə 45-ci məhəllə ərazisində qeydə alınıb. 29 yaşlı İlqar Paşazadə idarə etdiyi "Hyundai Elantra” markalı avtomobillə yolu keçən qadını vurub.
Yaralı xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.