Böyük tibb bacısı Humay Səlimova ömrünü bir tibb müəssisəsinə həsr edib. Bu barədə 20 oktyabr tarixində Sumqayıt Tibb Mərkəzi xəbər yayıb.
Humay Səlimova 1976-cı ildən Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində çalışıb. O, əmək fəaliyyətinə məhz bu xəstəxanada başlayıb və elə orada da bitirib.
Bu münasibətlə 65 illik yubileyi tamam olan Səlimova tibb ocağının rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.