Sumqayıtda 43 yaşlı kişi itib. Sumqayıt24 bu haqda 13 yanvar tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 5-ci məhəllədə baş verib. Məlumata görə, şəhər sakini, 43 yaşlı Ramil Həsənov icarədarı olduğu kafesindən çıxaraq itkin düşüb. Faktla bağlı polisə məlumat verilib.