Sumqayıtda polis bölməsinin rəisi işindən azad edilib. Bu haqda Unikal.org-a istinadən xəbər veririk.
Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən 5-ci polis bölməsinin rəisi, mayor Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Hazırda həmin bölmədə rəis vəzifəsini mayor Əli Hüseynov icra edir.
Qeyd edək ki, həmin bölmədə aparılan yoxlama zamanı bir neçə polis zabitinə də töhmət verilib.