Sumqayıtda 29 dekabr 2023-cü ildə baş vermiş qəzanın təfərrüatları məlum olub. Bu haqda məlumatı Sumqayıt24 bu gün, 3 yanvar tarixində Apa.az-a istinadən verir.
Belə ki, hadisə Corat qəsəbəsindəki 41-ci məhəllədə qeydə alınıb. “Kia Rio” markalı avtomobilin sürücüsü - 23 yaşlı E.Ağazadə 70 yaşlı Hacıalı Məcid oğlu Hacıyevi yolu keçmək istəyərkən vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Lakin 4 gün sonra - 1 yanvar tarixində o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.