Sumqayıt şəhəri ilə Xırdalanı əlaqələndirən 523 nömrəli avtobusun hərəkət marşrutu dəyişdirilib.
AYNA-dan Sumqayit24.az-a verilən məlumata görə, Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar avtobusların hərəkəti alternativ küçələr üzrə təşkil olunub.
Belə ki, 523 nömrəli marşrut üzrə avtobuslar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələrindən keçməklə hərəkət edəcək.