Sumqayıtda 57 yaşlı kişi meyiti aşkar edilib. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Hadisə Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Meyiti tapılan Vidadi Məlikov həmin evdə tək yaşayırmış. Onun yüksək dozada narkotik qəbul etməsindən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.