Sumqayıt sakininin meyiti tapılıb. Sumqayıt24 bu haqda 2 noyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb. Evlərin birində I qrup fiziki qüsurlu 58 yaşlı Nizami Hüseynovun cansız meyiti aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.