Sumqayıt-Novxanı-Binəqədi marşrutu üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. Sumqayıt24-ə bu barədə 5 noyabr tarixində izləyicilərdən məlumat daxil olub.
Hadisə ötən gün günorta saatlarında Novxanı-Binəqədi yolunda baş verib. Məlumata əsasən, 585 nömrəli avtobusun qəzaya uğraması nəticəsində sürücü və 10 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
[modula id="26437"]