594 saylı marşrut avtobusları bu gündən etibarən fəaliyyətə başlayıb.
Sumqayit24.az xatırladır ki, sözügedən avtobuslar Sumqayıt sakinlərini şəhər avtovağzalından “20 Yanvar” metro stansiyasınadək çatdırır. Reyslərin intervalı 8 dəqiqə nəzərə tutulub. Gediş haqqı isə 80 qəpikdir.
Linkə keçid edərək avtobusların fəaliyyət cədvəli və dayanacaqları ilə tanış ola bilərsiniz.