Sumqayıtda kişi masa arxasında dünyasını dəyişib. Sumqayıt24 bu barədə 24 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 13-cü mikrorayonda fəaliyyət göstərən kafelərin birində qeydə alınıb. Burada müştəri olan Bakı sakini, 61 yaşlı Kamal Əliyev qəflətən vəfat edib. Onun ürəktutmasından öldüyü bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.