Sumqayıt şəhərində 1-ci Qarabağ müharibəsində şəhid olmuş İlham Rəciyev Cavadxan oğlunun xatirəsinə bulaq inşa edilib.
Bulaq şəhərin 48-ci məhəlləsində tikilib. Bulağın açılış mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, 41 nömrəli məktəbin kollektivi, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Hicran Hüseynova şəhid bulağıni ziyarət edərək əziz xatirəsini yad edib, gül dəstələri düzüblər.
. Kəşfiyyatçı Rəciyev 1966-cı ildə anadan olub. O, müharibəyə könüllü getmiş və 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində şəhid olmuşdur.
Foto Sumqayıt24