Sumqayıtda sərnişinlərlə dolu avtobus qəzaya uğrayıb. Xəsarət alan var. Sumqayıt24 bu haqda 25 fevral tarixində xəbər verir.
Hadisə Heydər Əliyev prospekti, 22-ci məhəllə ərazisində baş verib. Yolun əks-istiqamətinə dönmək istəyən “Tofaş” markalı avtomobil 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa çarpılıb.
Nəticədə “Tofaş”ın sürücüsü, 27 yaşlı Kənan Şahbazov deformasiyaya uğramış avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib. [modula id="32366"]