Sumqayıtda sərnişin avtobusunda yanğın baş verib. Bu barədə Sumqayıt24-ə 12 dekabr tarixində məlumat daxil olub.
Hadisə günorta saatlarında “Qayalı” marketinin qarşısında qeydə alınıb. Daxil olan məlumata əsasən, yanğın 7 nömrəli marşrut avtobusunda yaranıb. Əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən alov söndürülüb. Xəsarət alan yoxdur.