top
Quduz itlərdən qorunmağın YOLLARI
14 aprel 2025, 06:13
- ↺ +

Quduz itlərdən qorunmağın YOLLARI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhlükəsizlik eksperti Elmar Nurəliyev itlərin hücumundan qorunmağın yollarını açıqlayıb.

Demokrat.az-a danışan ekspert bildirib ki, sürü halında müşahidə olunan və yaxud da quduz itlər kifayət qədər təhlükə riski daşıyır:

“Adətən bu cür itlər şəhər, qəsəbə, kənd və yaxud da rayonlarda günün qaranlıq saatlarında insanların daha az hərəkətdə olduğu yerlərdə azyaşlı və yaşlı insanlara sürü halında hücum edərsə, əlbəttə köməyə kimsə vaxtında çata bilməz. Xüsusən də insanların daha çox cəmləşdiyi yerlərdə bunlar olarsa, əlbəttə bu riski daha da artırmış olar. Təbii ki, bununla bağlı insanların özlərini müdafiə etmək üçün, qorumaq üçün ilk növbədə hansı ərazidə belə hallar yaranıbsa aidiyyatı üzrə müraciət etməlidirlər. İnsanların özlərinin də bilməli olduqları məqam var. Bu cür itlərə hər hansı bir taxta parçası və yaxud da daş atıb onları qorxutmaq, daha da aqressiv hala gətirmək yolverilməzdir”.

Ekspert qeyd edib ki, əgər it insana hücum edibsə, buna məruz qalan şəxs arxasını ona çevirməməlidir:

“Hündür yer varsa, ora çıxmaq, nəqliyyat vasitəsi varsa, içinə əyləşmək, qapalı bir yer varsa, ora girmək lazımdır. Daha sonra əldə olan çanta və yaxud iri əşya ilə hücum zamanı özünü qorumaq olar. Əgər onlar da yoxdursa, geyindiyimiz gödəkçəni soyunub,  hücumdan qorunmaq üçün istifadə etmək olar. Gödəkçə olmasa ayaqqabını çıxartmaq olar. Bunların hamısı insanın daha bir təhlükəsiz yer seçməsi üçün zaman qazanmağa imkan verir. Ən əsas məqam isə bu cür itlərə qarşı xüsusi bir cihaz almaq olar. Dükanlarda satılır və insanlar üçün əlçatan qurğudur. Belə ərazilərdə yaşayanlar bu cihazdan alıb üzərlərində daşısalar, daha yaxşı olar. O cihazın vasitəsi ilə özlərini itlərdən qoruya bilərlər”. 

Xatırladaq ki, Sumqayıtda bir gündə 6 uşağı itlər dişləyib. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
01 noyabr 2026, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
01 noyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

Oxşar xəbərlər