Sumqayıt şəhərində 78 sürücü cərimələnib. Bu haqda Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, şəhərin mərkəzi küçələrində və köməkçi yollarda düzgün parklanmayan avtomobillərin sahibləri cərimələnib.
Həmçinin reyd zamanı ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər və sürücülər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.
Sumqayıtda keçirilən sonuncu reyd zamanı avtobuslarda maskadan istifadə etməyən 62 nəfər cərimələnmişdir.