Sumqayıt şəhərində azyaşlını avtomobil vurub. Bu haqda Sumqayıt24 2 avqust tarixində Report-a istinadən məlumat verir.
Şəhərin mərkəzi hissəsində 8 yaşlı Əfsər Alişov yolu keçərkən onu avtomobil vurub. Zərərçəkən müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.