Sumqayıtda doqquzmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 11 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Hadisə yaşayış binasının 2-ci mərtəbəsində, 3 otaqlı mənzildə qeydə alınıb. 20 kv.m sahədə əşyalar yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı isə əriyib.
Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə edilib.