Sumqayıt Təhsil şöbəsinin əməkdaşına Abşeron-Xızı Regional Təhsil İdarəsində vəzifə verilib. Bu haqda bu gün, 21 may tarixində Sumqayit.tv-yə istinadən xəbər veririk.
Məlumata əsasən, Ramin Abasov adı çəkilən idarənin müdir müavini vəzifəsinə təyin edilib.
Abasov 2003-cü ildən Təhsil şöbəsində çalışıb. O, metodist, məsləhətçi, aparıcı məsləhətçi, müdir müavini vəzifələrində işləyib.