Sumqayıt şəhərində "Açıq mikrofon" aksiyası keçirilib. Sumqayıt24 bu barədə 16 avqust tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
“Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçən aksiyada sakinlər qaz təsərrüfatına dair üzləşdikləri çətinliklərdən danışıblar. Görüşdə olan bir neçə Qarabağ müharibəsi iştirakçısı fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Daxil olan bütün müraciətlər "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.