Sumqayıtda “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu haqda bu gün, 28 mart tarixində “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər veririk.
Məlumata əsasən, "Azəriqaz" İB-nin rəhbər şəxsləri aksiya çərçivəsində sahibkarlar ilə görüşəcəklər. Görüş zamanı birliyin rəhbərliyi sakinləri maraqlandıran sualları cavablandıracaqlar.
Görüş 30 mart saat 11:00-dan 13:00-a qədər H. Əliyev prospekti, 44-cü məhəllə ünvanında (“Kimyaçı” Mədəniyyət Sarayı) keçiriləcək.