Sumqayıtda “Açıq mikrofon” aksiyası baş tutub. Sumqayıt24 bu barədə 20 dekabr tarixində “Azəriqaz”a istinadən məlumat verir.
Görüş Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) keçirilib. Sahibkarlar aksiyanın imkanlarından yararlanaraq onları narahat edən məsələlərlə bağlı çıxış ediblər. “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən sahibkarlıq subyektlərinin hər biri fərdi olaraq dinlənilib, onlara lazımi izahatlar verilib. Araşdırılması lazım olan məsələlərin nəzarətə götürülməsi ilə bağlı tapşırıq verilib.