Nizami Gəncəvi adına kitabxananın klubunda açıq qapı günü keçirilib. Bu haqda bu gün, 4 aprel tarixində klubun sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, 33 nömrəli məktəbin 1-ci sinif şagirdləri kitabxanaya ekskursiya ediblər. Balacalar kitabxana ilə tanış olublar.
Sonda uşaqlara kitabxana əməkdaşlarının hazırladıqları “Cırtdan” və “Cik-cikin nağılı” tamaşaları təqdim edilib.