top
Adımızı dəyişsək, taleyimiz dəyişərmi? – Astroloqla MÜSAHİBƏ
14 aprel 2025, 11:48
- +

Adımızı dəyişsək, taleyimiz dəyişərmi? – Astroloqla MÜSAHİBƏ

“Yeni doğulan körpəyə ölmüş bir yaxının adının qoyulması tövsiyə edilmir. Körpə ölən şəxsin karmik enerjisini daşıya bilər”.

Bunu Bаkuplus.az-a müsahibəsində psixologiya elmləri doktoru, metafizika üzrə usta, Feng Şuy mütəxəssisi, astroloq, ruhani praktikalar üzrə rəhbər və müəllim Məryəm Teymur deyib.

Müsahibəni təqdim edirik:

– Astroloq kimi, sizcə, insanın adı onun taleyinə və xarakterinə necə təsir edə bilər?

– Ad insanın dünyaya gəldiyi vibrasiya kodudur. Bu kod insanın şəxsiyyətini formalaşdırır, özünə inamını, düşüncə tərzini, səs tembrini və özünüifadəsini təsir altına alır. Ad vasitəsilə xarakter xüsusiyyətləri, daxili arxetiplər və enerji potensialı aktivləşir.

– Adlar və astroloji bürclər arasında hansısa əlaqə varmı?

– Bəli, dolayı yolla var. Bəzi adlar müəyyən bürcün arxetipini gücləndirən vibrasiyalar daşıyır. Məsələn, “Elxan” və ya “Camal” adları Şir bürcünün liderlik enerjisinə uyğundur. Ad, həmçinin insanın doğum xəritəsindəki ünsürlərlə uyğun və ya ziddiyyətli ola bilər.

– Ad seçimi zamanı valideynlər nələrə diqqət etməlidirlər?

– Səslərinin enerjisi (yumşaq, sərt, axıcı), adın mənası, ruhani yükü, doğum tarixi ilə rəqəmsal və element baxımından uyğunluğu, soyadla və cəmiyyət içində necə səsləndiyi önəm daşıyır. Ümumiyyətlə ağır taleyə malik insanların adlarından uzaq durmaq lazımdır.

– Adların planet enerjiləri ilə əlaqəsi varmı? Məsələn, hansısa ad müəyyən planetin təsirini daşıya bilərmi?

– Bəli, hər ad müəyyən planetin təsirinə məruz qala bilər. Məsələn: Venera enerjili adlar — yumşaq, zərif, musiqili (Leyla, Aygün), Mars enerjili adlar — güclü, sərt, qərarlı (Ramil, Kənan), Ay enerjili adlar — incə, sakit və intuisiya doludur (Zəhra, Nuray).

– Ad və doğum tarixinin uyğunluğu insanın həyat yolunu necə dəyişə bilər?

– Əgər ad doğum xəritəsindəki faydalı ünsürləri dəstəkləyirsə — insan öz potensialını gerçəkləşdirə bilir. Əgər ziddiyyət yaradırsa — şəxs öz yolundan yayınır, həyatı “özünə aid olmayan” kimi yaşaya bilər.

– Astroloji xəritədə adın rəqəmsal (numeroloji) təhlili ilə hansı məlumatları əldə etmək olar?

– Şəxsi xüsusiyyətlər, ruhani, karmik tapşırıqlar, daxili istedadlar, cəlbedici və itələyici sahələr, peşə istiqamətləri və inkişaf xətti.

– Numerologiyada adın rəqəmi insanın həyatına necə təsir edir?

– Hər hərf müəyyən rəqəmə uyğun gəlir. Adın hərfləri toplanaraq adın vibrasiya rəqəmi çıxarılır. Bu rəqəm insanın həyat missiyasını, davranış modelini və daxili enerjisini formalaşdırır.

– Bəzən insanlar adlarını dəyişirlər. Bu dəyişiklik onların həyatında hansı nəticələrə səbəb ola bilər?

– Adın dəyişməsi ilə vibrasiya sahəsi dəyişir: köhnə həyat ssenariləri arxada qala bilər, yeni münasibətlər, imkanlar və tərz formalaşar, hətta səs tonu, davranış, duruş və həyat ritmi də dəyişə bilər.

– Sizcə, doğum adı ilə gündəlik istifadə olunan ad (ləqəb, qısaltma) arasında fərq varmı? Hansı daha güclü təsir göstərir?

– Bəli. Tam ad — rəsmi enerji daşıyır, taleyə təsir edir. Qısaldılmış ad — sosial enerji daşıyır, ləqəb — insanın emosional və yaxın çevrədəki enerjisini əks etdirir.

– Sizin təcrübənizdə adı dəyişdikdən sonra həyatı dəyişən insanlar oldumu? Bir nümunə paylaşa bilərsiniz?

– Bəli, tez-tez rast gəlinir. Məsələn, bir xanım Nuray adını İlknur olaraq dəyişdi və 3 ay ərzində həyatı tam dəyişdi — yeni iş, münasibət və daxili rahatlıq qazandı. Doğru ad blokajları açır, insanı enerjisində “səsləndirir”.

– Adın insanın özünə olan münasibətinə və özünə inamına necə təsiri var?

– Adını sevən və qəbul edən insan daha özünəinamlı və aydın olur. Əgər ad insanda narahatlıq və ya utanma hissi doğurursa — bu, onun daxili dəyər hissini zəiflədə bilər.

– Eyni ada malik insanlar bənzər xüsusiyyətlərə sahib olurlar? Yoxsa burada fərdi faktorlar daha önəmlidir?

– Bəli, arxetip səviyyəsində. Məsələn, Aysel adını daşıyanlar çox vaxt həssas, estetik duyumlu və duyğusal olurlar. Amma hər bir insanın doğum xəritəsi fərdidir — fərdi enerji hər şeydən üstündür.

– Yeni doğulan körpəyə ölmüş bir yaxının adı qoyulması nə dərəcədə doğrudur?

– Tövsiyə edilmir. Bu, həmin şəxsin karmik enerjisini daşıya bilər. Əgər həmin insanın həyatı nurlu və uğurlu olubsa — ad qoyula bilər, amma xüsusi niyyət və təmizlik ritualları ilə.

– Bəs dini şəxslərin adının qoyulması düzgündürmü?

– Əgər ad neytral və mülayim səslənirsə (Əli, Məryəm, Yusif), vermək olar. Amma çox müqəddəs və simvolik yüklü adlar (Mehdi, İmam, Zəhra) müəyyən daxili məsuliyyət və enerji daşıya bilər. Bu adlar sevgi, dua və dərin niyyətlə verilməlidir.

Hazırda 9-cu dövrdəyik. Bu dövrün əsas ünsürü oddur — yaradıcılıq, qadın enerjisi, ruhani oyanış və daxili işıq dövrüdür. Bu illərdə doğulan uşaqlar üçün adlar yüngül, axıcı, açıq səsli olmalıdır, işıq, incəlik, ruhani zəriflik və sevgi enerjisi daşımalıdır. İlham, Nuray, Ləman, Sevda, İlahə, Elvin, Rəhim — bu tip adlar ruhani yüksəlişi dəstəkləyir.

– Ətrafınızda adının onun həyatına müsbət və ya mənfi təsir etdiyini düşündüyünüz insanlar varmı?

– Bəli. Doğru ad insanın yolunu işıqlandırır, daxili rahatlıq və xarici qəbul gətirir, uyğunsuz ad isə ifadə çətinliyi, zəif özünəinam və passivlik yarada bilər. Ad — bir zəng kimidir. Səni necə çağırırlarsa, həyat da o səslə cavab verir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:48

Universitetə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət
Bu gün, 11:36

Sumqayıtda övladını dənizdə boğaraq öldürən şəxs qərardan narazıdır

Cəmiyyət
Bu gün, 10:31

"Sumqayıtda artıq normal yol yoxdur" - Şikayət

Cəmiyyət
Bu gün, 09:33

Sumqayıtın idarə rəisi işdən çıxarıldı

Cəmiyyət
Bu gün, 09:15

Sumqayıtda uşaqlar üçün pulsuz idman FÜRSƏTİ

Bütün xəbərlər
Dünən, 18:00

"Stansiya Sumqayıt" yolunda acınacaqlı mənzərə: Maşınlar sıradan çıxır

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda ailə çarəsiz durumda: Ev günlərdir suyun içindədir

Bütün xəbərlər
Dünən, 16:49

Sumqayıtda həftəsonu imatahan var

İdman
Dünən, 16:00

"Sumqayıt"ın zədəli oyunçusu yaşıl meydana nə zaman qayıdır?

Cəmiyyət
Dünən, 15:22

Sumqayıtda kosmetika mağzasından oğurluq edən saxlanıldı

Cəmiyyət
Dünən, 14:50

Sumqayıtda sabah 18 dərəcə isti olacaq

Cəmiyyət
Dünən, 13:52

Həmin ailənin 6 övladı dövlət himayəsində qalacaq

Cəmiyyət
Dünən, 13:14

Sumqayıtın məktəb yolunda narahatedici mənzərə

Bütün xəbərlər
Dünən, 12:30

Dünən şikayət, bu gün tədbir: Sumqayıt Avtovağzalında nəzarət gücləndirildi

Cəmiyyət
Dünən, 12:00

Sumqayıt xəstəxanalarında xaos - Sistem çökdü

Cəmiyyət
Dünən, 11:17

Sumqayıtda qəbiristanlıqda vəfat edən şəxs tələbə imiş

Bütün xəbərlər
Dünən, 10:21

Sumqayıt gecələr niyə zülmətə qərq olur?

Cəmiyyət
Dünən, 09:45

Sumqayıtda övladı I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Cəmiyyət
14 aprel 2026, 18:12

Sumqayıtda övladını itirən ata digər uşaqlarını qarşılamağa belə getdi

Bütün xəbərlər
14 aprel 2026, 17:40

Sumqayıta sabah yağış yağacaq

Cəmiyyət
14 aprel 2026, 16:57

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilib

Bütün xəbərlər
14 aprel 2026, 16:30

Sumqayıtda "yarımçıq papaqçılıq" - ŞİKAYƏT

Cəmiyyət
14 aprel 2026, 15:30

Sumqayıtda yağışın fəsadları nə vaxt tam aradan qaldırılacaq?

Cəmiyyət
14 aprel 2026, 14:58

Sumqayıtda pensiyalar ödənildi

Oxşar xəbərlər