Azərbaycan Dövlət Reklam Agentliyi cari ilin 2-ci rübündə olunan müraciətlərin statistikasını açıqlayıb. Bu haqda bu gün, 22 iyul tarixində ADRA-ya istinadən məlumat veririk.
Açıq məkanda reklamın yerləşdirilməsi üçün müraciətlərin sayına görə Sumqayıt 2-ci yerdə qərarlaşıb. Ümumi 10.716 müraciətdən 1436-sı, yəni 13 faizi Sumqayıt şəhərində olunub.
Bundan əlavə ADRA-nın verdiyi 50.155 icazə sənədindən 10.322-si, yəni 21 faizi Sumqayıtın payına düşür.