Sumqayıtda ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Sumqayıt24 bu barədə 27 oktyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Bu hal şəhərin Səməd Vurğun küçəsi, 104 ünvanında müşahidə olunub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26.100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
“Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.