Sumqayıtda Ağalı kəndinə köçürüləcək ailələr tibbi müayinədən keçiblər. Sumqayıt24 bu haqda 1 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Müayinələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sumqayıt Tibb Mərkəzində təşkil olunub. Vətəndaşların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri aparılıb.