Sumqayıtda yaşayan ahıllara ərzaq sovqatları paylanıb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Qızıl Aypara Cəmiyyətinə (QAC) istinadən xəbər verir.
Həmin tənha, ehtiyacı olan yaşlı vətəndaşlar QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatındadırlar. Onlara “Lactalis Caspi” MMC tərəfindən göndərilən müxtəlif növdə süd məhsulları təqdim edilib.